Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sumqayıtda narkotik aludəçisi özünü yandırıb

Sumqayıtda narkotik aludəçisi özünü yandırıb

Tarix: 17 Fevral 2021 16:46

Sumqayıt sakini özünü yandırıb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə 12-ci mikrorayonda 20-ci binanın qarşısında baş verib. Belə ki, şəhər sakini, 1971-ci il təvəllüdlü Faiq İbrahimov özünü yandırıb. Nəticədə onun bədəninin çox hissəsi yanıb.

F. İbrahimov dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Vəziyyəti ağır olduğundan o, Bakı şəhərinə göndərilib.

50 yaşlı kişinin hansı səbəbdən belə addım atdığı bilinmir. Onun narkotik aludəçisi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Etiketlər:  Sumqayıtda narkotik aludəçisi özünü yandırıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ