Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Fevral 2021 18:10
Çempionlar Liqasının 1/8 final mərhələsinin "Leyptsiq"ə qarşı oyunu "Liverpul"un futbolçusu Ozan Kabak üçün əlamətdar olub.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, 20 yaşlı müdafiəçi İngiltərə klubunda Çempionlar Liqası oyununda meydana çıxan ilk türk futbolçu kimi tarixə düşüb.
Qeyd edək ki, "Liverpul" Türkiyə millisinin futbolçusu olan Ozan Kabakı "Şalke"dən mövsümün sonuna qədər satinalma şərti ilə icarəyə götürüb.
Qeyd edək ki, "Liverpul" ilk matçda "Leypitsq"ə 2:0 hesabı ilə qalib gəlib.