Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Fevral 2021 08:10
Fransa hökuməti iştirakçı sayı beş mindən çox olmayan festivalların və konsertlərin keçirilməsinə icazə verməyə hazırlaşır.
Bu barədə Fransanın mədəniyyət naziri Rozlin Başlo BFM telekanalının efirində məlumat verib.
O qeyd edib ki, beş min rəqəmi sözügedən sahələrin nümayəndələri ilə razılaşdırılıb.
"Təşkilatçıların maddi rifahı naminə sayı 100 min izləyiciyə çatdıra bilmərik", - deyə Fransanın mədəniyyət naziri bildirib.
Nazir həmçinin vurğulayıb ki, sanitariya şəraiti ilə əlaqədar tədbirlərin ləğvi və ya təxirə salınması baş verərsə 30 milyon avroluq büdcəsi olan festivala dəstək fondu yaradılacaq və təşkilatçılara təzminat ödəniləcək.