Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Fevral 2021 12:04
İtaliyada yeni növ koronavirus infeksiyasına son bir gündə daha 14 931 nəfərin yoluxduğu təsdiqlənib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.
Ötən gün ərzində təsdiqlənmiş statistikaya əsasən, İtaliyada 251 nəfər bu virusdan ölüb, infeksiyadan ölənlərin ümumi sayı 95 486 nəfərə çatıb. Ölkədə hazırda 384 623 aktiv koronavirus xəstəsi var, onlardan 2063-ü ağır vəziyyətdədir.
Bütün pandemiya dövrü ərzində yoluxmuş 2 795 796 nəfərdən 2 315 687 nəfər (son sutkada 12 488 nəfər) sağalıb.