Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Fevral 2021 14:10
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) Vətən müharibəsində şərəfli döyüş yolu keçmiş və döyüşlərin birində yaralanmış Əliyev Əsəd Qurban oğlunu da sosial dəstəklə əhatə edib.
Bu barədə Sonxeber.net-a ƏƏSMN-dən məlumat verilib.
Qeyd olunub ki, Bakının Xəzər rayon sakini olan qazi anası ilə birgə yaşayır. Nazirlik tərəfindən Əsədə əlillik və bununla əlaqədar Prezidentin aylıq təqaüdü və müavinət təyin olunub.
Bu günlərdə Nazirliyin əməkdaşları qazinin ailəsi ilə görüşərkən o, özünüməşğulluq proqramına cəlb olunmaq, proqramın dəstəyi ilə meyvəqurutma üzrə kiçik müəssisəsini qurmaq istədiyini bildirib. Əsədin bu istəyi nəzərə alınaraq Dövlət Məşğulluq Agentliyi tərəfindən növbədənkənar özünüməşğulluq proqramına cəlb edilib.
Qısa müddətdə ona meyvəqurutma üzrə kiçik müəssisəsini qurmaq üçün bütün avadanlıqlar təqdim edilib.