Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Vüsalə Rəhimli özünü dənizə ataraq intihar etdi

Vüsalə Rəhimli özünü dənizə ataraq intihar etdi

Tarix: 21 Fevral 2021 15:48

Sumqayıt şəhərində intihar hadisəsi baş verib.

Sonxeber.net "BakuPost"a istinadən xəbər verir ki, hadisə şəhərin bulvar ərazisində qeydə alınıb.

Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kollecinin IV kurs tələbəsi, Yardımlı rayon sakini, 2001-ci il təvəllüdlü Vüsalə Rəhimli özünü dənizə ataraq intihar edib.

Hadisə şahidlərinin sözlərinə görə, gənc qız bir neçə dəfə dənizin sahilinə yaxınlaşsa da geri çəkilib.

Sonuncu dəfə sahilə yaxınlaşan V. Rəhimli qəfildən özünü dənizə atıb. Ətrafdakı insanlar onu xilas etmək istəsələr də cəhdləri uğursuz olub.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri cəlb olunub. Meyit sudan çıxarılaraq adiyyəti üzrə təhvil verilib.

Mərhumun hansı səbəbdən intihar etməsi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, V.Rəhimli Sumqayıtda əmisinin evində qalırmış.


Etiketlər:  Vüsalə Rəhimli özünü dənizə ataraq intihar etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ