Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Voleybolçuların yarışında İtaliya və Türkiyə yığmaları qalib gəliblər

Voleybolçuların yarışında İtaliya və Türkiyə yığmaları qalib gəliblər

Tarix: 23 Iyul 2019 16:20

Bakı. Trend:

"EYOF Bakı 2019" XV Avropa Gənclər Olimpiya Festivalında kişi və qadın voleybolçuların yarışlarında ikinci görüşlər yekunlaşıb.

Trend-in məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzində keçirilən kişi voleybolçuların yarışında günün ikinci matçında B qrupunda mübarizə aparan İtaliya və Çexiya komandaları meydana çıxıblar. Matç 3:0 (25:18, 25:11, 25:20) hesabı ilə İtaliya seçməsinin xeyrinə yekunlaşıb. Beləliklə, İtaliya voleybolçuları yarışda çətinlik çəkmədən ilk qalibiyyətlərini alaraq dörd xalla qrupda lider olublar.

Azərbaycan Voleybol Mərkəzində təşkil olunan qadınların mübarizəsində isə B qrupunun ikinci oyununda Türkiyə və İtaliya seçmələri qarşılaşıb. Gərgin keçən görüşdə daha güclü olan Türkiyə idmançıları 3:0 (25:21, 25:22, 25:23) hesabı ilə rəqiblərini məğlub ediblər. Yarışda ilk dəfə qalib gələn Türkiyə millisi 3 xala sahiblənib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Voleybolçuların yarışında İtaliya Türkiyə yığmaları qalib gəliblər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ