Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Fevral 2021 10:46
Hava şəraiti kəskin dəyişəcək, sulu qar, qar yağacaq
Bakıda və Abşeron yarımadasında fevralın 23-ü axşamdan 25-i səhərədək havanın arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir.
Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, şimal-qərb küləyi əsəcək, sürəti saniyədə 15-20, arabir 23-28 metr olacaq, fevralın 24-də yarımadanın bəzi yerlərində arabir 30 metrədək güclənəcək.
Fevralın 24-25-də havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 5-8° enəcəyi, 0-3° şaxta olacağı gözlənilir.
Azərbaycanın rayonlarında fevralın 23-ü axşam şimal və şərq rayonlarından başlayaraq 25-i səhərədək ölkə ərazisində hava şəraitinin arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı proqnozlaşdırılır. Əsasən dağlıq və dağətəyi rayonlarda intensiv və güclü olacağı ehtimalı var. Qərb küləyi əsəcək, arabir 18-23 metr/saniyə olacaq, ayrı-ayrı yerlərdə arabir 28-32 metr/saniyəyədək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8° enəcək. Yolların buz bağlayacağı ehtimal olunur.
Qeyd edək ki, bir sıra ölkələrdə bu ilki qış son illərin ən soyuq fəsli kimi qiymətləndirilir. Qonşu Rusiyanın paytaxtı Moskvada fevralın 23-də mənfi 27 dərəcə temperatur gözlənilir. Bu, son 65 il ərzində qeydə alınan ən güclü şaxta olacaq.