Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Iyul 2019 19:32
Bakı. Trend:
İyulun 23-də Bakı Su İdmanı Sarayında keçirilən “EYOF Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalının üzgüçülük yarışlarında mübarizə aparan Azərbaycan atleti Ramil Vəlizadə finala vəsiqə qazanıb.
Trend-in məlumatına görə, təmsilçimiz 200 metr məsafəyə batterflay üsulla üzmə yarışlarında 2 dəqiqə 2,63 saniyə nəticə göstərib. Bu nəticə atletimizin final mərhələsinə adlaması üçün yetərli olub.
Final mərhələsinin yarışları iyulun 24-də keçiriləcək.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin