Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Böyük Britaniya üzgüçüləri qarışıq sərbəst ötüşmə yarışlarında çempion olub

Böyük Britaniya üzgüçüləri qarışıq sərbəst ötüşmə yarışlarında çempion olub

Tarix: 23 Iyul 2019 20:48

Bakı. Trend:

“EYOF Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalının Bakı Su İdmanı Sarayında keçirilən üzgüçülük üzrə 4x100 metr məsafəyə qarışıq sərbəst ötüşmə yarışlarının qalibi Böyük Britaniya atletləri (3 dəqiqə 32,48 saniyə) olublar.

Trend-in məlumatına görə, finalda 3 dəqiqə 34,62 saniyə nəticə göstərən Rusiya idmançıları ikinci yeri tutublar. Finişə 3 dəqiqə 36,12 saniyəyə çatan Almaniya təmsilçiləri isə ilk üçlüyü tamamlayıblar.

Növbəti yerlərdə müvafiq olaraq İtaliya, İspaniya, Macarıstan, Belçika və Türkiyə atletləri qərarlaşıblar.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Böyük Britaniya üzgüçüləri qarışıq sərbəst ötüşmə yarışlarında çempion olub


RƏYLƏR