Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qana COVAX mexanizmi vasitəsilə vaksin alan ilk dövlət olub

Qana COVAX mexanizmi vasitəsilə vaksin alan ilk dövlət olub

Tarix: 24 Fevral 2021 23:20

Qana dünyada beynəlxalq COVAX mexanizmi çərçivəsində koronavirusa qarşı vaksin əldə edən ilk dövlət olub.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (DST) və BMT Uşaq Fondunun (UNICEF) birgə bəyanatında deyilir. Qana üçün nəzərdə tutulan 600 min peyvənd dozası "AstraZeneca" vaksini partiyasının ilk tranşının bir hissəsidir.

ÜST və UNICEF-in məlumatına əsasən, pandemiyanın əvvəlindən bəri Qanada koronavirusa 80,7 mindən çox yoluxma və 580-dən çox ölüm faktı qeydə alınıb.

COVAX gəlir səviyyəsindən asılı olmayaraq, bütün ölkələr üçün COVID-19 əleyhinə vaksinin bərabər paylanmasını təmin etmək məqsədilə yaradılan təşəbbüs qrupudur. Təşəbbüs ÜST tərəfindən təsis edilib. Proqramın şərtlərinə görə, yüksək gəlirli ölkələr kasıb dövlətlərin vaksin əldə etməsini maliyyələşdir.


Etiketlər:  Qana COVAX mexanizmi vasitəsilə vaksin alan dövlət olub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ