Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Fevral 2021 17:18
"Yuventus"un hücumçusu Alvaro Morata səhhətində ciddi problemlər yaşayır.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, ispan hücumçu sitomeqalovirus infeksiyasına yoluxub. Onun Çempionlar Liqasında "Portu" ilə ilk oyundan (1:2) sonra paltardəyişmə otağında huşunu itirdiyi bildirilir.
"Çox oyun keçiririk. Adi mövsümdə də davamlı olaraq müəyyən səviyyədə oynamaq çətindir. Bəzi problemləri var idi. Əvvəlcə soyuqdəymə, sonra bağırsaq pozğunluğu. Bu, normal məşq etməsinə mane oldu və bir az formasını itirdi. O, yüksək səviyyəli bir oyunçudur. Mövsümü bitirməyimizə kömək etmək üçün əla formada olacaq" - deyə klubun idman direktoru Fabio Paratiçi Moratanın durumu ilğ bağlı bildirib.
Sitomegalovirus herpes ailəsindən olan virusdur və əksər sağlam insanlarda özünü göstərmir. Lakin zəifləmiş bədəndə qızdırma, baş ağrısı, burun axıntısı, yorğunluq və SARS üçün xarakterik olan digər simptomlara səbəb ola bilər.