Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Fevral 2021 12:38
Goranboyda xocalıların məskunlaşdığı Ağcakənd qəsəbəsində soyqırımın 29-cu ildönümü ilə bağlı mərasim keçirilib.
Sonxeber.net bildirir ki, mərasimdə Goranboy rayon İcra Hakimiyyətinin (RİH) başçısı Məhərəm Quliyev, Xocalı RİH-nin başçısı Şahmar Usubov, hüquq-mühafizə orqanların əməkdaşları, Milli Qəhrəmanlar, şəhid ailələri, rayon ictimaiyyəti və faciənin canlı şahidləri iştirak ediblər.
Mərasim iştirakçıları Ağcakənd qəsəbəsində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edib önünə gül dəstələri düzüblər.
Qeyd edək ki, Ağcakənd qəsəbəsində Xocalıdan köçkün düşmüş 300 ailə məskunlaşıb.