Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Fevral 2021 13:45
Çinin “OPPO” şirkəti orta səviyyəli “Reno5 K 5G” smartfonunu nümayiş etdirib. “Android 11” əsasında “ColorOS 11.1” əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğu martın 6-dan etibarən satışa çıxarılacaq.
“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, yeni smartfon ön səthin 91,7 faizini əhatə edən 2400 × 1080 pikselli “FHD ” təsvir ölçülü 6,43 düym diaqonallı ekranla təchiz edilib. Panelin yeniləmə tezliyi 90 giqahers, sensor qatın yeniləmə tezliyi isə 180 giqahers təşkil edir.
Ekran sol yuxarı küncdə yerləşən dəliyə malikdir: kiçik kəsikdə 32 meqapikselli ön kamera yerləşir. Əsas dördlü kamera maksimal f/1,7 diafraqmalı 64 meqapikselli bloku, enlibucaqlı optikaya malik 8 meqapikselli modulu, eləcə də bir cüt 2 meqapikselli sensoru özündə birləşdirir.
Smartfona 8 və ya 12 giqabaytlıq operativ yaddaşla birlikdə işləyən “5G” modemli “Snapdragon 750G” prosessoru quraşdırılıb. Birinci halda quraşdırılmış yaddaş tutumu 128 giqabayt, ikincidə 256 giqabayt təşkil edir. “microSD” yaddaş kartı üçün çıxış nəzərdə tutulmayıb.
Enerji 4300 milliamper/saat (2 × 2150 milliamper/saat) tutumlu ikikomponentli akkumulyator batareyası tərəfindən təmin olunur. Bundan başqa, “USB Type-C” portu vasitəsilə 65 vatlıq sürətli enerjidoldurma tətbiq edilib.
Digər xüsusiyyətlər arasında, həmçinin “Wi-Fi 5” (802.11ac) və “Bluetooth 5.1” adapterləri, qulaqcıq üçün 3,5 millimetrlik çıxış sadalanır. Qabaritlər 159,1 × 73,4 × 7,9 mm, çəki 172 qram təşkil edir.
Nizam Nuriyev