Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Fevral 2021 13:12
BMT-nin Nyu-York şəhərindəki baş qərargahının yerləşdiyi ərazi dünya təşkilatına aiddir və Pablo Pikassonun məşhur əsərlərindən olan Gernika kimi Rokfeller ailəsinə qaytarılmayacaq.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib.
"Bu torpaq bağışlanıb, ona görə bizə məxsusdur və geri qaytarmağımızı istəyə bilməzlər"- deyə BMT rəsmisi bildirib.
Qeyd edək ki, BMT-nin qərargah binasının yerləşdiyi torpaq sahəsi 1940-cı illərdə Con Rokfeller tərəfindən BMT-yə bağışlanıb.