Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Fevral 2021 17:24
Ermənistanın Sünik vilayətinin Kapan şəhərində müxalifətin mitinqi başlayıb.
Bu barədə Sonxeber.net "Qafqazinfo"ya istinadən xəbər verir.
Aksiyanın 2 minə yaxın iştirakçısı Baş nazir Nikol Paşinyanın dərhal istefasını tələb edir. Müxalifət tərəfdarları onu xəyanətdə, müharibədə məğlubiyyətdə və bütövlükdə regionun və ölkənin təhlükəsizliyini təmin edə bilməməkdə ittiham edirlər.
***
Yerevanın Baqramyan prospektində isə müxalif "Vətənin qurtuluşu hərəkatı"nın mitinqi başlayıb.
Bu barədə "Sputnik Ermənistan" xəbər verir.
Müxalif hərəkatın üzvü Qeqam Manukyan bütün iştirakçıları arxalarını parlament binasına çevirməyə çağırıb. Onlar bununla həmin fəaliyyət göstərməyən instituta münasibətlərini nümayiş etdiriblər. Onun sözlərinə görə, vergi ödəyicilərinin hesabına maaş alan deputatlar vətəndaşların həyatını yaxşılaşdırmaq üçün heç bir iş görmürlər.