Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Barselona"nın yeni transfer hədəfi

Tarix: 28 Fevral 2021 12:28

"Barselona" "İnter"in müdafiəçisi Alessandro Bastoni ilə maraqlanır.

Qol.az "Calciomercato"ya istinadən xəbər verir ki, Kataloniya klubu 21 yaşlı futbolçu  ilə uzunmüddətli müqavilə imzalamaq istəyir. Eyni zamanda "İnter"in futbolçunu buraxmaq istəmədiyi bildirilib. Buna baxmayaraq, klubun oyunçunu satmağa razı olacağı təqdirdə, onun üçün ən azı 60 milyon avro istəyəcəyi vurğulanıb.

Qeyd edək ki, Bastoni 2017-ci ildən "İnter"də oynayır. Onun klubla müqaviləsi 2023-cü ilin yayı başa çatır.

Milli.Az


Etiketlər:  Barselonanın yeni transfer hədəfi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ