Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Fevral 2021 20:36
Rusiyalı kardioloq Filip Kopılov müntəzəm olaraq səkkiz saatdan çox yatan insanlarda insult riskinin daha çox olduğunu deyib.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, bu barədə "Moskva" Şəhər Xəbər Agentliyi məlumat yayıb.
"Standart yuxu yeddi-səkkiz saat arasındadır. Əgər göstərici dəyişərsə, bu, insult riskinin artması ilə əlaqədardır" - deyə həkim bildirib.
Onun sözlərinə görə, çox yatmağın niyə insulta gətirib çıxaracağına dair birmənalı açıqlama yoxdur:
"Ancaq həqiqətən çox uzun və ya çox az yatan xəstələrdə insult riskinin artması müşahidə olunur".
Həm də növbə ilə işləyən, bəzən gecə yatan, bəzən yatmayan insanlar insult riski altındadırlar.
İnsult riski yuxu apnesini - yuxu zamanı tənəffüsün kəsilməsini də artırır. Bu əsasən artıq çəkili insanlarda olur, buna görə də artıq çəki insult riskini artırır.