Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu il Əmək və Əhalinin Sosial Müdafiəsi naziri 450 vətəndaşı fərdi qaydada qəbul edib

Bu il Əmək və Əhalinin Sosial Müdafiəsi naziri 450 vətəndaşı fərdi qaydada qəbul edib

Tarix: 24 Iyul 2019 13:44

Bakı. Trend:

2019-cu ilin birinci yarımilində Əmək və Əhalinin Sosial Müdafiəsi naziri tərəfindən 450 vətəndaş (o cümlədən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu сədvəli əsasında bölgələrdə keçirilən qəbullar zamanı 276 nəfərin və Nazirliyin inzibati binasında 174 nəfərin) fərdi qaydada qəbul edilib.

Trend-in məlumatına görə, yanvar-iyun aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavinləri və Aparat rəhbəri tərəfindən isə 337 vətəndaşın qəbulu həyata keçirilib.

Eyni zamanda, bölgələrdə keçirilən vətəndaş qəbulları zamanı qəbula yazılmayan, lakin qəbula gələn 232 vətəndaş da nazirliyin rəhbər vəzifəli şəxsləri tərəfindən qəbul edilib.

Cari ilin 6 ayında nazirliyin inzibati binasındakı qəbul otağına müraciət edənlərin sayı 14 421 nəfər təşkil edib. Nazirliyin 142 - Çağrı mərkəzi tərəfindən isə 127 253 vətəndaş müraciəti cavablandırılıb.

Hər bir müraciətin qanunvericiliyin tələblərinə uyğun şəkildə araşdırılaraq cavablandırılması, müraciətlərdə əksini tapan məsələlərlə əlaqədar aidiyyəti tədbirlərin görülməsi təmin olunub.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Əmək Əhalinin Sosial Müdafiəsi naziri vətəndaşı fərdi qaydada qəbul edib


RƏYLƏR