Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Vahid sahədə vahid əkin” gəliri artırır - VİDEO

“Vahid sahədə vahid əkin” gəliri artırır - VİDEO

Tarix: 2 Mart 2021 15:28

Kənd Təsərrüfatı Nazirliyi bölgələrdə "Vahid sahədə vahid əkin" layihəsini həyata keçirməyə başlayıb.

Sonxeber.net Real TV-yə istinadən bildirir ki, layihənin məqsədi vahid massivdə yerləşən torpaq sahələrində vahid bitkinin becərilməsini təşviq etməkdir. Kiçik torpaq sahiblərinin yanaşı ərazilərdə vahid bitki becərməyə qərar verməsi onların xərclərini azaltmaqla daha çox qazanc götürməsinə imkan verəcək.

Kənd Təsərrüfati Nazirliyinin şöbə müdiri Vüqar Hüseynov: 

"Vahid sahədə vahid əkin" konsepsiyası kooperativlərə alternativ Azərbaycan modeli sayıla bilər. Bilirsiniz ki, ölkənin torpaq və su ehtiyatları məhduddur, aparılmış torpaq islahatları zamanı əhalinin sıx məskunlaşdığı rayonlarda adambaşına çox az pay torpağı düşüb. Elə rayonlar, elə kəndlər var ki, adambaşına düşən torpaq həcmi 5-10 sot arasındasdır. Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemindəki məlumatlara əsasən, ölkədə 600 mindən çox fermer var. Kiçik torpaq sahələrində kənd təsərrüfatı baxımından böyük səmərə əldə etmək mümkün deyil. Ötən illərin də təcrübəsi göstərir ki, bölgü aparılmış vahid massivlərdə fermerlər fərqli bitkilər əkirlər. Fərqli bitkilər fərqli aqrotexniki qulluq qaydaları tələb edir, fərqli dərmanlar tələb edir, istər əkin, istər səpin, istərsə məhsul yığımı vaxtı fərqli texnika tələb olunur. Bu səbəbdən fermerlər kənd təsərrüfatı fəaliyyətindən lazım olan qədər gəlir əldə edə bilmirlər. Apardığımız təhlillər göstərir ki, vahid massivlərdə vahid bitkinin əkilməsi fermerə daha çox xeyir verə bilər. Belə olan halda fermerin texnika problemi həll olunur, suvarma problemi həll olunur, işçi qüvvəsi problemi həll olunur".

Yanaşı sahələrdə fərqli bitkilərin becərməsi suvarma, aqritexniki qulluq zərərvericilərə qarşı mübarizə baxımından fermerlərə çətinliklər yaradır. "Vahid sahədə vahid əkin" layihəsi bu çətinlikləri köklü şəklidə aradan qaldırır.

Vüqar Hüseynov: "Nazirlik olaraq fermerlər arasında eyni massivdə yerləşən kiçik torpaq sahələrdində vahid bitkinin əkilməsinin daha uyğun olduğuna dair maaarifləndirmə işi aparırırq. Fermerlər təşəbbüsü müsbət qarşılayıb, artıq istər Ağcabədi rayonunda, istər Bərdə rayonunda, istərsə də digər rayonlarda vahid massivlərdə vahid bitkinin becərilməsinə dair fermerlər arasında razılaşmalar var. Biz həmin təşəbbüslərin həyata keçirildiyi kəndlərdə fermerlərlə görüşürük. Hüsülü kəndində görüdüyünüz bu torpaq sahəsi islaha zamanı 16 ailə arasında böülünüb. Bu sahədə indiyədək eyni vaxtda bostan bitkiləri, taxıl, pambıq, yonca əkilib. Amma indi fermerlər öz aralarında razılığa gələrək bu sahədə eyni bitki becərsinlər. Fermerlərlə söhbətimizdən məlum oldu ki, vahid sahədə bu il pambıq əkmək istəyirlər. Kənd Təsərrüfatı Nazirliyi də fermerlərdən gələn bu cür təşəbbüsləri dəstəkləyir. Vahid massivlərdə hansı bitkinin becərilməsinə fermerlər özləri qərar verir, biz onlara rayonun ixtisaslaşmasına uyğun bitkilər əkilməsini tövsiyə edirik".

Nazirlik rəsmisi deyir ki, vahid massivlərdə hansı bitkinin əkilməsi əsas deyil, əsas odur ki, kiçik torpaq sahibləri vahid massivlərdə vahid bitkinin əkilməsi ilə bağlı razılıq əldə etsinlər.

Vüqar Hüseynov: "Vahid əkinə gedən fermerlər indiyədək üzləşdikləri bir çox çətinlikləri həll etmiş olacaqlar. Təsəvvür edin ki, burada 20 hektar sahədə pambıq əkilməsi nəzərdə tutulur. Bundan əvvəl 4-5 fərqli bitki əkilirdi. Bu qədər fəeqli bitkinin əkildiyi sahələrə 4-5 fərqli mtəxəssis lazımdır, fərqli texnika lazımdır, bir bitkiyə zərərverciilərlə mübarizə məqsədilə verilən dərmanlar digər bitkiyə ziyan vurur. Bu baxımdan hesab edirik ki, bu ildən stasrt verilən "Vahid sahədə vahid əkin" layihəsi fermerlərə daha çox gəlir gətirəcək, onların xərclərini azaldacaq, əkilmiş bitki üzrə orta məhsuldarlığı artırmış olacaq".

Əkin sahələrinin qarşılıqlı razılıq əsasında birləşdirilməsi və rayonun ixtisaslaşmasına uyğun bitki əkilməsi fermerləri də razı salır. Ağcabədi rayonunun Hüsülü kənd sakini, fermer Fariz Hüseynov deyir ki, vahid sahədə vahid əkinin aparılması su və torpaq itkisinin qarşısını alır, texnikaya tələbat, becərmə ilə bağlı çətinlikləri aradan qaldırır.

Fermer: "Hüsülü kəndində islahat zamanı adambaşına 35-40 sot torpaq düşüb. 2019-cu bu sahədə 1 hektar, 3 hektar sahələrdə yonca və digər bitkilər əkilmişdi. Ötən il yığışaraq qərara gəldik ki, hamımız bu sahədə pambıq əkək. 13 ailənin torpağını birləşdirdik, 15 hektar sahədə pambıq əkdik, hər hektardan 40 sentner pambıq yığdıq. Bu il üç ailə də bu təşəbbüsə qoşuldu, bu il pambıq əkiləcək sahənin həcminin 20 hektaradək artırdıq. Hazırda 50 santimetr dərinlikdə şum aparılıb. Aprelin 5-də pambıq səpininə start verəcəyik. Torpaqları birləşdirmək çox yaxşı effekt verir. Məsələn 10 ailənin torpağı olsa, 10 dənə arx çəkilməlidir, hər arx 1 metr yer tutur. Sahənin uzunluğu 800 metr olsa, 80 sot torpaq arxaltı itkiyə gedir. Bir arxda 1 metr itkiyə gedir, torpaqları birləşdirəndə isə itki olmur. Belə sahələrdə mexanizatorlar da rahat işləyir".

Artıq Azərbaycanın 8 rayonunda fermerlər arasında "Vahid sahədə vahid əkin" konsepsiyasına uyğun əkin aparmaq barədə razılıq əldə olunub. Həmin rayonlarda kiçik pay torpağı olan fermerlər vahid massivlərdə pambıq, taxıl, yonca, günəbaxan, kartof əkməyə qərar veriblər.


Etiketlər:  Vahid sahədə vahid əkin gəliri artırır VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ