Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Türkiyədə toylara bu şərtlərlə icazə veriləcək

Türkiyədə toylara bu şərtlərlə icazə veriləcək

Tarix: 2 Mart 2021 16:50

Türkiyədə toy mərasimləri və bənzər yığıncaqların təşkil olunması qaydaları bölgələrdəki epidemioloji vəziyyətə görə müəyyənləşdiriləcək.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabineti ilə iclasdan sonra jurnalistlərə açıqlamasında bildirib.

"Nikah mərasimləri şəklində toylar aşağı və orta yoluxma riskli əyalətlərdə maksimum 100 nəfər, yüksək və kritik yoluxma riskli bölgələrdə 50 nəfərdən çox iştirakçı və müddəti bir saatdan çox olmamaq şərtilə keçirilə bilər.

Qeyri-hökumət təşkilatlarının, ticarət birliklərinin, kooperativlərin və buna bənzər təşkilatların ümumi yığıncaqları isə aşağı, orta və yüksək riskli vilayətlərdə 300-dən çox iştirakçı olmamaq şərti ilə keçirilə bilər",- Ərdoğan qeyd edib.

Milli.Az


Etiketlər:  Türkiyədə toylara bu şərtlərlə icazə veriləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ