Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Mart 2021 09:28
"Qalatasaray" Türkiyə Superliqasında növbəti oyuna çıxıb.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, İstanbul klubu 28-ci turda "Ankaragücü"nün qonağı olub. Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Bununla da İstanbul təmsilçisinin ölkə çempionatında 8 oyunluq qələbə seriyasına son qoyulub.
"Ankaragücü" - "Qalatasaray" - 2:1
Qollar: Akdağ, 45+1-pen (1:0), Lobzhanidze, 55 (2:0), Aktürkoğlu, 90+3 (2:1)
Bu nəticədən sonra "Qalarasaray" 57 xalla (27 oyun) 1-ci pillədə qərarlaşıb. "Beşiktaş" 57 xalla (26 oyun) 2-ci, "Fənərbağça" 54 xalla (26 oyun) 3-cüdür. "Ankaragücü" isə 23 xalla 19-cudur.