Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Mart 2021 15:48
"Sevilya"nın yarımmüdafiəçisi İvan Rakitiç sabiq komanda yoldaşı "Barselona"nın hücumçusu Lionel Messi ilə etdiyi zarafatdan danışıb.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, xorvat oyunçu bununla bağlı "Daily Mail"ə açıqlamasında deyib: "Messi ilə danışdım və ona dedim: "Sən hər şeyi qazandın, bütün bu qolları vurdun, amma heç vaxt qazanmayacağın kuboku qazandım... Heç vaxt Avropa Liqasını qazanmayacaqsan" deyə ona söylədim".
Xatırladaq ki, Rakitiç 2014-2020-ci illərdə "Barselona"da oynayıb.