Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Mart 2021 16:12
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Sonxeber.net PFL-in saytına istinadən xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasının 18-ci turunun oyunlarındakı qayda pozuntuları ilə bağlı qərarlar verilib:
"Neftçi" - "Sabah" oyununda işıqlandırma səbəbindən fasilələr yarandığına görə meydan sahibi klub 4000 manat cərimə olunub.
"Sumqayıt" - "Zirə" oyununda Əsasnamənin 9-cu bəndi (oyundan öncə, oyun vaxtı, oyundan sonra hakimlər briqadasının təhlükəsizliyini təmin etmək) pozulduğuna görə meydan sahibi klub 800 manat cərimə olunub.