Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Karantin qaydaları yenidən sərtləşdirilir? - Qərargahın brifinqinin vaxtı məlum oldu

Karantin qaydaları yenidən sərtləşdirilir? - Qərargahın brifinqinin vaxtı məlum oldu

Tarix: 5 Mart 2021 09:10

Azərbaycanda koronavirus infeksiyasının son günlər artması səbəbindən xüsusi karantin rejimi çərçivəsində bəzi məhdudiyyətlərin yenidən tətbiq ediləcəyi gözlənilir.

Milli.Az Pravda.az-a istinadən bildirir ki, bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah yaxın günlərdə qərar verəcək.

Qərargahın brifinqi martın 13-nə təyin edilib. Brifinqdə yeni qərarlar açıqlanacaq.

Məlumata görə, məhdudiyyətlər daha çox martın 20-28-də qeyri-iş günlərini əhatə edə bilər. Belə ki, həmin günlərdə Bakı şəhəri daxil olmaqla, virusun geniş yayıldığı şəhər və rayonlarda ictimai nəqliyyatın fəaliyyəti tam dayandırılması nəzərdə tutulur.

Qeyd: Son günlər ölkəmizdə koronavirusa yoluxma hallarında kəskin artım müşahidə olunur və yoluxma sağalmanı üstələyib.

Milli.Az


Etiketlər:  Karantin qaydaları yenidən sərtləşdirilir Qərargahın brifinqinin vaxtı məlum oldu


RƏYLƏR