Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Mart 2021 09:12
Ukrayna Prezidenti Vladimir Zelenski ölkənin İslahatlar üzrə Milli Şurasının İcraiyyə Komitəsinin sədri, Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilini şəhərsalma sahəsində problemlərin həlli üzrə Koordinasiya Şurasından çıxarıb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, müvafiq fərman Ukrayna Prezidentinin saytında dərc olunub.
M.Saakaşvilinin şuradan çıxarılmasının səbəbi məlum deyil.
Digər qərarla Vladimir Zelenski Ukrayna İslahatlar üzrə Milli Şurasının İcraiyyə Komitəsinin mütəxəssisi Giorgi Tsxakaianı şəhərsalma üzrə Koordinasiya Şurasının üzvü təyin edib.