Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Samsung” yeni 2021-ci il televizorlar seriyası təqdim edib

“Samsung” yeni 2021-ci il televizorlar seriyası təqdim edib

Tarix: 5 Mart 2021 09:54

Cənubi Koreyanın texnoloji nəhəngi "Samsung" yeni 2021-ci il televizorlar seriyasını nümayiş etdirib. Söhbət "MICRO LED" və "Samsung Neo QLED" texnologiyaları əsasında qurğulardan gedir.

 

"ICTnews" Elektron Xəbər Xidməti "Planet Today" resursuna istinadən yazır ki, "Samsung" nümayəndələrinin sözlərinə görə, "MICRO LED" panelləri yüksək parlaqlıq, dərin qara rəng, eləcə də yüksək görüntü keyfiyyəti ilə xarakterizə olunur. Panelin əsasında qeyri-üzvi işıq diodları televizorun bütün istismar müddəti ərzində bozarmadan qorunur. Bu il şirkət tərəfindən martın sonunda satışa çıxarılacaq 99 və 110 düym diaqonallı "MICRO LED" televizorları təqdim edilib. Payızda seriyanın 76 və 88 düymlük modellərlə genişləndiriləcəyi gözlənilir.

 

Seriyanın yeni qurğusu "Neo QLED" televizorlarıdır. Bu qurğularda ənənəvi işıq diodlarından 40 dəfə az yer tutan "Quantum Mini" tipli yeni işıq diodları tətbiq edilib. Yeni texnologiya daha dərin qara rəngi, "ağıllı" miqyaslanmanı və parlaq işıqlandırmanı təmin edir. "Samsung Neo QLED" və "QLED" televizorları "Xbox Series X" oyun qurğusu ilə istifadə üçün adaptasiya edilib.

 

2021-ci ildə "Samsung" ekran diaqonalı 65, 75 və 85 düym təşkil edəcək "Neo QLED 8K" (QN800A və QN900A) televizorlarını satışa çıxarmağa başlayacaq. Bundan başqa, ölçüsü 50 düymdən başlayan "QN85A" və "QN90A" "4K" televizorları buraxılacaq.

 

Nizam Nuriyev




Etiketlər:  Samsung yeni 2021 ci il televizorlar seriyası təqdim edib


RƏYLƏR