Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti
Tarix: 5 Mart 2021 10:20
Boks millimizin kubalı üzvü Azərbaycanda subaylığın daşını atıb.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Alfonso Dominqes azərbaycanlı xanımla nişanlanıb.
II Avropa Oyunlarının qalibi, 81 kq çəki dərəcəsində yarışan legioner Türkiyəyə getməzdən öncə özünə nişan edib. Mərasimdə Olimpiya mükafatçısı, I Avropa Oyunlarının qalibi olmuş digər kubalı legionerimiz Lorenso Sotomayor da iştirak edib.
Milli.Az