Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Mart 2021 08:24
Cənubi Koreyanın texnoloji nəhəngi "Samsung" yeni 2021-ci il televizorlar seriyasını nümayiş etdirib. Söhbət "MICRO LED" və "Samsung Neo QLED" texnologiyaları əsasında qurğulardan gedir.
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, "Samsung" nümayəndələrinin sözlərinə görə, "MICRO LED" panelləri yüksək parlaqlıq, dərin qara rəng, eləcə də yüksək görüntü keyfiyyəti ilə xarakterizə olunur. Panelin əsasında qeyri-üzvi işıq diodları televizorun bütün istismar müddəti ərzində bozarmadan qorunur. Bu il şirkət tərəfindən martın sonunda satışa çıxarılacaq 99 və 110 düym diaqonallı "MICRO LED" televizorları təqdim edilib. Payızda seriyanın 76 və 88 düymlük modellərlə genişləndiriləcəyi gözlənilir.
Seriyanın yeni qurğusu "Neo QLED" televizorlarıdır. Bu qurğularda ənənəvi işıq diodlarından 40 dəfə az yer tutan "Quantum Mini" tipli yeni işıq diodları tətbiq edilib. Yeni texnologiya daha dərin qara rəngi, "ağıllı" miqyaslanmanı və parlaq işıqlandırmanı təmin edir. "Samsung Neo QLED" və "QLED" televizorları "Xbox Series X" oyun qurğusu ilə istifadə üçün adaptasiya edilib.
2021-ci ildə "Samsung" ekran diaqonalı 65, 75 və 85 düym təşkil edəcək "Neo QLED 8K" (QN800A və QN900A) televizorlarını satışa çıxarmağa başlayacaq. Bundan başqa, ölçüsü 50 düymdən başlayan "QN85A" və "QN90A" "4K" televizorları buraxılacaq.
Nizam Nuriyev