Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Samsung” şirkəti zərbəyədavamlı smartfonunu təqdim edib

“Samsung” şirkəti zərbəyədavamlı smartfonunu təqdim edib

Tarix: 6 Mart 2021 08:28

"Samsung" şirkəti tərəfindən təqdim edilmiş yeni zərbəyədavamlı "Galaxy XCover 5" smartfonu ən ekstremal şəraitdə mürəkkəb tapşırıqların yerinə yetirilməsi üçün bir sıra funksiyalar əldə edib.

Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, məsələn, smartfon təkmilləşdirilmiş amortizasiya sayəsində 1,5 metrədək hündürlükdən düşməyə, həmçinin IP68 standartı üzrə toz və suya dayanıqlıdır. Bu o deməkdir ki, cihazı suyun altında 1 metrdən çox dərinlikdə 30 dəqiqədən artıq saxlamaq olar.

"Glove Touch" texnologiyasının tətbiqi smartfonun əlcəklə istifadəsini mümkün edir.

Smartfon "Exynos850" prosessoru, 4 QB əməli yaddaş və 64 QB daxili yaddaşla təchiz edilib. Əsas kameranın təsvir ölçüsü 16 mp, ön kameranın təsvir ölçüsü isə 5 mp təşkil edir. Akkumulyatorun tutumu 3000 milliamper/saat təşkil edir.


Etiketlər:  Samsung şirkəti zərbəyədavamlı smartfonunu təqdim edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ