Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Paşinyan Entoni Blinkenlə Qarabağı müzakirə etdi

Paşinyan Entoni Blinkenlə Qarabağı müzakirə etdi

Tarix: 6 Mart 2021 16:30

Ermənistanın baş naziri Nikol Paşinyanla ABŞ-ın dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub.

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, tərəflər Qarabağ müharibəsindən sonra bölgədəki vəziyyəti müzakirə ediblər. Amerika tərəfi ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyətinin vacibliyini vurğulayıb.

Söhbət zamanı ikitərəfli münasibətlər, əsirlər məsələsi də müzakirə olunub. Paşinyan ABŞ-ın Ermənistana davamlı yardımını, eləcə də ATƏT-in Minsk qrupundakı rolunu yüksək qiymətləndirib.

Dövlət katibi də, öz növbəsində, ABŞ və Ermənistan arasında tərəfdaşlığın inkişaf etdirilməsinin vacibliyini söyləyib. Ermənistanın demokratiya baxımından qazandığı uğurları vurğulayaraq, Birləşmiş Ştatların respublikada islahatlar aparmaq üçün yardım göstərməyə davam edəcəyini bildirib.

Qeyd edək ki, bu, Ermənistan hökumətinin başçısı ilə ABŞ-ın yeni dövlət katibi arasında ilk danışıqlardır.

Milli.Az


Etiketlər:  Paşinyan Entoni Blinkenlə Qarabağı müzakirə etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ