Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Azərbaycanın yürütdüyü iqtisadi siyasət müsbət nəticələr verir" - VİDEO

Tarix: 8 Mart 2021 14:48

Dövlət Neft Fondunun dünyanın ən şəffaf suveren fondları siyahısında ilk 5-liyə daxil olması, eləcə də dünyanın ən böyük beyin mərkəzlərindən biri olan İrs Fondunun "İqtisadi Azadlıq İndeksi 2021" hesabatına görə Azərbaycanın 6 pillə irəliləyərək 172 ölkə arasında 38-ci yerdə qərarlaşması onu göstərir ki, ölkəmiz pandemiya və müharibə dövründə belə maliyyə-iqtisadi dayanıqlığını qoruyub saxladı, həm də bir sıra istiqamətlərdə mövqelərini möhkəmləndirdi. 

Milli.Az bildirir ki, bunu ''Xəzər Xəbər''ə müsahibəsində millət vəkili Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, pandemiya bir sıra ölkələrə, suveren fondlərın aktivlərinə və fəaliyyətlərinə təsir göstərdi. Amma Azərbaycanda həyata keçirilən uğurlu iqtisadi siyasət 2020-ci ildə də maliyyə sabitliyinə şərait yaradıb.

Vüqar Bayramov əlavə edib ki, ölkədə həyata keçirilən islahatlar kölgə iqtisadiyyatının minumuma endirilməsi baxımından olduqca vacibdir.

Millət vəkili qeyd edib ki, Dövlət Neft Fondunun 5 ən şəffaf suveren fond siyahısına daxil olması, ölkəmizdə  aktivlərin idarə olunmasına beynəlxalq səviyyədə verilən qiymətdir. Bu isə ondan xəbər verir ki, Azərbaycanın yürütdüyü iqtisadi siyasət beynəlxalq arenada da yüksək qiymətləndirilir.

Vüqar Bayramov vurğulayıb ki, aparılmış düzgün iqtisadi siyasət nəticəsində Azərbaycan pandemiya dövründə belə üzərinə götürdüyü bütün sosial öhdəlikləri yerinə yetirdi. Nüfuzlu reytinq hesabatlarında qiymətləndirilən əsas meyarlardan biri də məhz budur. Sosial proqramların plana uyğun olaraq icra edilməsi Azərbaycanın beynəlxalq sahədə imicinin daha da yüksəlməsinə səbəb olur.

Milli.Az


Etiketlər:  Azərbaycanın yürütdüyü iqtisadi siyasət müsbət nəticələr verir VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ