Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Mart 2021 17:42
"Sabah" baş məşqçisi Visento Qomesi istefaya göndərib.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, bu haqda klubun saytı məlumat yayıb.
Visente Qomeslə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Baş məşqçi səlahiyyətləri müvəqqəti olaraq Ramin Quliyevə həvalə edilib.
Qeyd edək ki, 48 yaşlı ispaniyalı V.Qomeslə 2020-ci ilin iyul ayında 2 illik müqavilə bağlanmışdı. Azərbaycana gələnə qədər Visente Qomes məşqçi karyerası ərzində Ukraynanın "Dinamo" (Kiyev) klubunun əvəzedici komandasında baş məşqçi (2014-2016), bu klubun əsas komandasında (2016-2017, 2019), həmçinin Səudiyyə Ərəbistanının "Əl-Əhli" (2017-2018), Rusiyanın "Spartak" (2018) klublarında köməkçi məşqçi və Ukraynanın "Olimpik" (Donetsk) klubunda (2019/20) baş məşqçi kimi çalışmışdı.