Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Iyul 2019 11:36
Bakı. Trend:
Lənkəran rayonunda Şovu kəndi ərazisində yol tikinti işləri aparılarkən diametri 163 mm olan qaz xətti zədələnib.
Bu barədə Trend "Azəriqaz" İstehsalat Birliyinə istinadən xəbər verir.
Məlumatda qeyd edilir ki, Şovu, Təngivan, Siyablı kəndlərinin ümumilikdə 350-yə yaxın abonentinin təmir işləri bitənədək qaz təminatı dayandırılıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin