Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Avropa İttifaqı ölkələri pandemiya səbəbindən 6 milyona yaxın iş yeri itirib

Avropa İttifaqı ölkələri pandemiya səbəbindən 6 milyona yaxın iş yeri itirib

Tarix: 12 Mart 2021 20:42

COVID-19 pandemiyası Avropa İttifaqı ölkələrini 5,7 milyon iş yerindən məhrum edib.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə məlumat həyat və əmək şəraitinin yaxşılaşdırılması üzrə Avropa Fondunun (Eurofound) dərc etdiyi məruzədə yer alıb.

Sənəddə bildirilir ki, 2019-cu ilin dördüncü kvartalı ilə müqayisədə 2020-ci ilin ikinci kvartalında Avropa İttifaqında işləyən əhalinin sayı 5,7 milyon nəfər azalıb, işsizlik səviyyəsi 6,7 faizə yüksəlib.

Eurofoundun məlumatına əsasən, pandemiya ən çox gənc işçilərə təsir edib. Pandemiya zamanı gənclər arasında məşğulluq səviyyəsi 2008-2009-cu illərdəki maliyyə böhranı dövründə olduğundan da aşağı düşüb.

Avropa İttifaqı ölkələri arasında Fransa, Polşa, İtaliya və Yunanıstan pandemiyadan daha çox ziyan çəkib.

Hazırkı böhran əsasən qadınların çalışdığı sahələrə - turizm, ictimai iaşə və daşınmaz əmlak bazarına zərər vurub.

Xatırladaq ki, ötən il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı yeni koronavirusun yayılmasını pandemiya elan edib. Pandemiyanın statistikasını aparan Worldometer saytının məlumatına əsasən, hazırda dünyada 118 milyon 769 mindən çox yoluxma və 2 milyon 634 mindən çox ölüm faktı qeydə alınıb, 94 milyon 337 min nəfər COVID-19 xəstəliyindən sağalıb. Müalicəsi davam edən 21 milyon 798 min nəfərdən 90 min nəfərin vəziyyəti ağır qiymətləndirilir.


Etiketlər:  Avropa İttifaqı ölkələri pandemiya səbəbindən milyona yaxın yeri itirib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ