Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Iyul 2019 13:16
Bakı. Trend:
XV Avropa Gənclər Olimpiya Festivalının cüdo yarışlarının ikinci günündə Azərbaycan idmançıları inamlı çıxışlarını davam etdirirlər.
Trend-in məlumatına görə, Heydər Əliyev adına İdman Arenasında keçirilən yarışların ikinci günündə Azərbaycan təmsilçisi Aytac Qardaşxanlı (57 kq) onaltıdabir finalda Finlandiya təmsilçisi Erika Vauhkoneni məğlub edib - 10:0. Qadın cüdoçumuz səkkizdəbir finalda Böyük Britaniya təmsilçisi İzobel Kitçenə ipponla qalib gələrək dörddəbir finala vəsiqə qazanıb.
Oğlanların mübarizəsində isə səkkizdəbir finalda Mətin Rzazadə (66 kq) Elquca Şinçaraşviliyə (Gürcüstan) ipponla qalib gəlib. Növbəti mərhələdə onun rəqibi rusiyalı Sayxan Şabixanovdur.
Komandamızın bayraqdarı Vüqar Talıbov (73 kq) isə səkkizdəbir finalda Belarus idmançısı Dzianis Yauseyenkanı ipponla məğlub edib. Dörddəbir finalda onun rəqibi çexiyalı Adam Kopeçki olacaq.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin