Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Mart 2021 23:12
Norveç hökumətinin qərarı ilə ölkəyə girişlə bağlı mövcud məhdudiyyətlərin müddəti aprelin 7-dək uzadılıb.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, krallığın hökumətində məhdudiyyətlərin böyük ehtimalla bu tarixdən sonra da uzadılacağı qeyd edilib.
Ölkənin ədliyyə və fövqəladə hallar naziri Monika Muland Osloda keçirilən mətbuat konfransında deyib: "Ölkəyə giriş üçün ciddi məhdudiyyətlər aprelin 7-dən sonra da qüvvədə olacaq. Lakin biz vəziyyəti izləyəcəyik ki, bu tarixədək bir neçə seçilmiş qrup üçün sərhədlərin açılmasının mümkünlüyünü aşkarlayaq".
Xatırladaq ki, Norveç hökumətinin qərarı ilə yanvarın 29-dan yalnız krallığın ərazisinə gəlməyin vacibliyini sübut edən səbəbləri təqdim edən şəxslərin ölkəyə daxil olmasına icazə verilir. Norveç hökumətinin saytında əcnəbilərin bu ölkəyə daxil olmasına imkan verən səbəblərin və peşələrin siyahısı yerləşdirilib.