Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Mart 2021 15:30
Bu gün Myanmanın müxtəlif şəhərlərində yenidən aksiyalar keçirilib.
APA-nın "Reuters" agentliyinə istinadən verdiyi məlumata görə, aksiyalarda hərbi çevrilişə qarşı şüarlar səsləndirilir, ölkənin seçilmiş lideri Aunq San Su Çji və digər rəsmilərin azadlığa buraxılması tələb olunur.
Təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində ən azı 2 aksiya iştirakçısı həyatını itirib. Onlardan biri Baqo, digər isə Xpakant şəhərində öldürülüb.
Qeyd edək ki, aksiyalar fevralın 6-dan başlayıb və indiyə qədər toqquşmalar zamanı 80-dən çox insan həyatını itirib.