Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Tuhel tarixi rekordun astanasında

Tuhel tarixi rekordun astanasında

Tarix: 14 Mart 2021 15:50

Almaniya mütəxəssis Tomas Tuhel "Çelsi"də uğurlu oyunları davam etdirir.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, mövsümün ortasında London komandasına gətirilən 47 yaşlı mütəxəssis məğlubiyyətsiz oyunların sayını 12-ə çatdırıb. O, bununla da klub tarixinin ən uğurlu startlarından birinə imza atıb. Tunelin rəhbərliyi altında "Çelsi" Premyer Liqada 10, hərəsində bir dəfə isə Çempionlar Liqası və İngiltərə kuboku oyununa çıxıb. Bu görüşlərdə 8 qələbə, 4 heç-heçə qeydə alınıb.

Əgər gələn həftə "Atletiko" (Madrid) ilə ÇL matçında da London təmsilçisi uduzmasa, Tuhell "Çelsi" tarixinə ilk 13 matçda uduzmayan ilk məşqçi kimi düşəcək.

Qeyd edək ki, Tuhellə yanaşı Luis Felipe Skolarinin də "Çelsi"dəki startda 12 məğlubiyyətsiz oyunu olub (2008-2009 mövsümündə). Braziliyalı mütəxəssis 13-cü matçında "Liverpul"a uduzub (0:1). O, həmin mövsümü tamamlaya bilməyib və yerinə Quus Hiddink gətirilib.

Milli.Az


Etiketlər:  Tuhel tarixi rekordun astanasında


RƏYLƏR