Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qız uşaqlarını hər gun sabunla yumayın - Pediatrdan XƏBƏRDARLIQ

Qız uşaqlarını hər gun sabunla yumayın - Pediatrdan XƏBƏRDARLIQ

Tarix: 14 Mart 2021 23:57

Körpə yaşdan qız uşaqlarını gündəlik gigiyena təmizləməsi zamanı istənilən sabundan istifadə etməklə yumaq olmaz.

Milli.Az xəbər verir ki, pediatr Tərlan Eyyubov valideynlərə vacib informasiya çatdırıb. O, anaları körpələrdə intim nahiyənin hər gün sabun və ya gellərlə yuyulmasından çəkinməyə çağırıb.

"Kiçik yaşlı qız uşaqlarında tez-tez sabundan istifadə onların cinsiyyət üzvlərində sinexiyaların yaranmasına səbəb olur. Uşaqları həftədə 2 dəfədən tez olmayaraq sabunla yumaq olmaz.

Sinexiya qız uşaqlarında cinsiyyət dodaqlarında bitişiklərin və anomaliyanın yaranmasıdır. Bu zaman assimmetriya yaranır.

Sinexiya daha çox 3 aylıqdan 6 yaşa kimi uşaqlarda yaranır. Getdikcə bu spaykalar və assimmetriya sidik ifrazatında problemlər, ağrı, sidik saxlama, iltihab yaradır". /medicina.az

Milli.Az


Etiketlər:  Qız uşaqlarını hər gun sabunla yumayın Pediatrdan XƏBƏRDARLIQ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ