Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Mart 2021 11:25
Mənim görücülük qabiliyyətim var. Nələr olacağını əvvəlcədən görürəm. Hətta əlimdə enerji var. Kiminsə başı ağrıyırsa, əlimi çəkirəm. Hətta anamın ayaqları ağrıyanda, əlimi çəkirdim və keçirdi. Qızımın dünyaya gəlməsi belə mənə əvvəlcədən agah olmuşdu.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu sözləri Xalq artisti naibə Allahverdiyeva "ATV maqazin onlarla" proqramında deyib. Aktrisa öncəgörücülük qabiliyyəti olduğunu söyləyib. N.Allahverdiyeva hətta həmkarları ilə bağlı hisslərini də bölüşüb:
"Hətta bir həmkarıma demişdim ki, fəxri ada layiq görüləcəksən. Sonra aramız dəydi, danışmadıq. Amma o, fəxri ad aldı.
Məleykə Əsədovanın ailə qurmasını görürəm. Amma tez zamanda deyil. Allah ona gözəllik verib. Qadın qadın kimi də xoşbəxt olmalıdır. Bunu da hiss edirəm ki, 5-6 ildən sonra böyük sevgi yaşayacaq".