Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

NATO-nun gəmiləri Gürcüstanın ərazi sularına daxil olub

NATO-nun gəmiləri Gürcüstanın ərazi sularına daxil olub

Tarix: 15 Mart 2021 19:48

NATO-ya məxsus 4 hərbi gəmi Qara dənizdə Gürcüstanın ərazi sularına daxil olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Türkiyə, İspaniya, Bolqarıstan və Rumıniyaya məxsus hərbi gəmilərin Gürcüstana səfərinin məqsədinin Gürcüstan və NATO hərbi dəniz qüvvələri arasında qarşılıqlı əməliyyat qabiliyyətini yüksəldilməsi məqsədi daşıdığı bildirilir.

Gürcüstan Sahil Mühafizə Xidmətinin məlumatına görə, NATO hərbi gəmiləri Gürcüstan Sahil Mühafizə Xidməti ilə birgə təlimlər də keçirəcək.

NATO gəmilərinin Gürcüstanın ərazi sularını martın 18-də tərk edəcəyi qeyd olunub.

Milli.Az


Etiketlər:  NATO nun gəmiləri Gürcüstanın ərazi sularına daxil olub


RƏYLƏR