Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Mart 2021 19:56
"IDC" analitik şirkətinin məlumatına görə, 2021-ci ildə dünyada daha çox smartfon satılacaq və beşinci nəsil mobil şəbəkələrini dəstəkləyən modellər bazarın inkişafına səbəb olacaq.
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, "5G" texnologiyasına malik telefonlar qlobal smartfonlar bazarının inkişafında əsas rol oynayacaq. Analitiklərin qiymətləndirməsinə görə, cari ildə ümumi smartfon bazarının 40%-i "5G" qurğuların payına düşəcək. 2025-ci ilədək belə qurğuların bazar payı 69%-dək artacaq.
2021-ci ildə dünyanın ən böyük smartfon bazarlarında (Çin və ABŞ) müvafiq olaraq 5 və 3,5% artım qeydə alınacaq. Dünyada smartfonların 33%-i internet üzərindən satılacaq.