Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qiymət artımı ilə bağlı Baş nazirdən AÇIQLAMA

Qiymət artımı ilə bağlı Baş nazirdən AÇIQLAMA

Tarix: 16 Mart 2021 16:56

"Azərbaycan hökuməti qiymət artımı məsələni daim nəzarətdə saxlayır".

Sonxeber.net APA-ya istinadən bildirir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Baş nazir Əli Əsədov deyib.

Ə. Əsədov bildirib ki, öz imkanlarından istifadə edərək bu məsələ ciddi məşğul olacaq: "Antiinhisar komitəsi tərəfindən gündəlik monitorinqlər aparılır. Bir çox halda bizlərdən asılı olmayan məsələlər də var. Bizim ticarət partnyorumuz olan ölkələrdə də qiymətlərin artımı gedir. Ancaq bu istiqamətdə tədbirlər görüləcək. Qiymət artımını yanacağın qiymətlərinin artırılması ilə əlaqələndirilənlər var. Bu var. Amma hökumət tərəfindən kifayət qədər subsidiyalar verilib".


Etiketlər:  Qiymət artımı ilə bağlı Baş nazirdən AÇIQLAMA


RƏYLƏR