Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan yanvar ayı ərzində 61 ölkəyə məhsul ixrac edib

Azərbaycan yanvar ayı ərzində 61 ölkəyə məhsul ixrac edib

Tarix: 16 Mart 2021 17:16

2021-ci ilin yanvar ayında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 122 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 61 ölkəyə məhsul ixrac edilib, 117 ölkədən idxal olunub.

Dövlət Statistika Komitəsindən Sonxeber.net-a verilən məlumata görə, gömrük orqanlarında qeydiyyatı aparılıb, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2021-ci ilin yanvar ayında xarici ticarət dövriyyəsi 2242,4 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 1454,9 milyon dollar, idxalın dəyəri 787,5 milyon dollar təşkil edib, nəticədə 667,4 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb.

2020-ci ilin yanvar ayı ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 5,7 faiz, real ifadədə 10,1 faiz, o cümlədən idxal 12,3 faiz, ixrac isə 9,1 faiz azalıb.

Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən xarici ticarət dövriyyəsinin 92,4 faizi İtaliya, Türkiyə, Çin, Rusiya, Ukrayna, İspaniya, Hindistan, Almaniya, Xorvatiya, ABŞ, Rumıniya, İsrail, Portuqaliya, İran, Gürcüstan, Birləşmiş Krallıq, Avstraliya, İsveçrə və Yaponiya ilə aparılmış ticarət əməliyyatlarının payına düşür.

Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 14,6 faizi Rusiyanın, 14,5 faizi Türkiyənin, 13,9 faizi Çinin, 11,5 faizi Almaniyanın, 5,7 faizi ABŞ-ın, 3,7 faizi Ukraynanın, 3,6 faizi İranın, 2,8 faizi Birləşmiş Krallığın, 2,7 faizi İtaliyanın, 1,7 faizi Yaponiyanın, hər biri 1,5 faiz olmaqla Koreya, Polşa və Hindistanın, hər biri 1,3 faiz olmaqla Niderland və Fransanın, hər biri 1,2 faiz olmaqla Malayziya, Yamayka və Braziliyanın, 1,1 faizi Argentinanın, 1,0 faizi Belarusun, 12,5 faizi isə digər ölkələrin payına düşüb.


Etiketlər:  Azərbaycan yanvar ayı ərzində ölkəyə məhsul ixrac edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ