Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Fənərbağça'' baş məşqçisi ilə yolları ayırır?

''Fənərbağça'' baş məşqçisi ilə yolları ayırır?

Tarix: 16 Mart 2021 19:26

"Fənərbağça"nın baş məşqçisi Erol Bulutla yollarını ayırmaq qərarına gəlib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə "Fanatik" məlumat yayıb. Bildirilib ki, İstanbul təmsilçisi ötən gün keçirilən iclasda bu qərarı verib. 45 yaşlı mütəxəssisin istefaya göndərilməsinin Superliqanın 30-cu turunda  "Beşiktaş"la derbi matçından əvvəl va ya sonra açıqlanacağı isə hələlik məlum deyil.

Həmçinin bildirilir ki, klub Bulutla yolları ayırdıqdan sonra bu vəzifəyə hazırkı idman direktoru Emre Belözoğlunu gətirməyi planlaşdırır. Lakin Belözoğlu belə seçim edərək karyerasını riskə atmaq istəmir. Komandanın baş məşqçiliyinə digər namizədlər arasında "Başakşəhər"in sabiq  çalışdırıcısı Okan Buruk da var.

Qeyd edək ki, "Fənərbağça" Bulutun baş məşqçiliyi altında 58 xal toplayıb və turnir cədvəlində 3-cüdür.

Milli.Az


Etiketlər:  Fənərbağça baş məşqçisi ilə yolları ayırır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ