Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Baltikyanı ölkələrdə elektrik enerjisi üzrə ən yüksək qiymət hələ də Litvadadır

Baltikyanı ölkələrdə elektrik enerjisi üzrə ən yüksək qiymət hələ də Litvadadır

Tarix: 17 Mart 2021 22:18

Ötən həftə Litvada elektrik enerjisinin orta topdansatış qiyməti 5 faiz ucuzlaşsa da, bu tarif Latviya və Estoniya ilə müqayisədə yüksək olaraq qalır.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə məlumatı Litvanın "Lingrid" elektrik şirkəti yayıb.

Bildirilib ki, Litvada martın 8-14-də 1 meqavat/saat elektrik enerjisinin həftəlik orta qiyməti 46,1 avro olduğu halda, Estoniya və Latviyada bu göstərici 6 faiz azalaraq 43,9 avro təşkil edib.

"Fevral ayının sonundan etibarən Litva və digər Baltikyanı ölkələrdə adətən eyni olan elektrik enerjisi qiymətləri arasında tez-tez fərqlər yaranmağa başladı. Bu tendensiya ötən həftə də müşahidə edildi. Qiymət fərqi Litvanın "NordBalt" üzərindən qoşulduğu İsveçin cənubundakı daha bahalı enerji və ötürmə şəbəkələrindəki müvəqqəti dəyişikliklər səbəbilə Latviyadan enerji idxalının azalması ilə əlaqədardır", - deyə şirkətin Strategiya departamentinin direktoru Lyutauras Varanaviçyus bildirib.


Etiketlər:  Baltikyanı ölkələrdə elektrik enerjisi üzrə yüksək qiymət hələ Litvadadır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ