Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Öldürücülük faizi yüksək olan yeni ştamma yoluxanların sayı artacaq - Şöbə müdiri

Öldürücülük faizi yüksək olan yeni ştamma yoluxanların sayı artacaq - Şöbə müdiri

Tarix: 18 Mart 2021 14:28

Respublikamızda da koronavirusun yeni ştammı aşkar edildi. Aparılan çox önəmli tədqiqatlar göstərir ki, COVİD19-un Britaniya ştammının yoluxduruculuq əmsalının yüksək olması ilə yanaşı öldürücülük faizi də çoxdur.

Bunu Sonxeber.net-a açıqlamasında ATU-nun Tədris Cərrahiyyə Klinikasının Yoluxucu xəstəliklərə nəzarət şöbəsinin müdiri Sədrəddin Atakişiyev deyib.

Şöbə müdiri deyib ki, yeni ştammın respublikamızda da artma ehtimalı yüksəkdir:

"Heç kəs zəmanət verə bilməz ki, yeni ştamma yoluxanların sayı da bizdə sürətlə artmayacaq. Çox güman ki, yeni virusun respublikamızda da artma ehtimalı yüksəkdir. Bunun qarşısını almaq üçün bu zamana kimi olan profilaktik tədbirlərə əməl etmək lazımdır.

İndiyə kimi olan dİgər növlər kimi yeni ştamm da hava-damcı ifeksiyasıdır ki, o yolla insanlar yoluxur. Ona görə də qoruyucu maskalardan istifadə, sosial məsafənin gözlənilməsi, dezinfeksiyaedici məhlul lazımdır. 

Nəzərə alaq ki, artıq ölkədə vaksinasiya prosesi də gedir. Ona əsasən deyə bilərəm ki, respublikaya gətirilən vaksin yeni ştammın yoluxduruculuq əmsalı ilə yanaşı öldürücülük faizini də aşağı sala bilər".

Təhməz Əsədov


Etiketlər:  Öldürücülük faizi yüksək olan yeni ştamma yoluxanların sayı artacaq Şöbə müdiri


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ