Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Mart 2021 22:36
Ermənistan müxalifətinin birləşdiyi "Vətənin xilası hərəkatı" növbədənkənar parlament seçkilərində iştirak etməyəcək.
Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, bunu hərəkatın lideri Vazgen Manukyan deyib.
"Nikol Paşinyanın dövründə keçirilən seçkilər Ermənistan üçün fəlakət olacaq. Mən bu seçkidə iştirak etməyəcəyəm", - deyə müxalifətin baş nazir postuna namizədi bəyan edib.
Bundan əlavə, Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan da rəhbərlik etdiyi Erməni Milli Konqresinin növbədənkənar seçkilərə qatılmayacağını elan edib. O, indiki reallıqda erkən seçkidən imtina etdiklərini vurğulayıb.