Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Türkiyədə ekstremal hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edildi

Türkiyədə ekstremal hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edildi

Tarix: 19 Mart 2021 12:16

Türkiyədə əlverişsiz hava şəraiti ilə bağlı insanlara müraciət edilib.

Milli.Az unikal.org-a istinadən bildirir ki, İzmir, Aydın və Manisa şəhərlərində şiddətli qar yağması gözlənilir. Yüksək dağlıq ərazilərdə qar uçqunu təhlükəsinin olduğu bildirilib.

Yolların buzlanması, şiddətli külək olacağı gözlənilir. Hava temperaturunun mənfi dərəcələrə enəcəyi proqnozlaşdırılır. İnsanlara zəruri olmadıqca yaşayış yerini tərk etməmək tövsiyə edilib. Sakinlərdən hava şəraitini nəzərə almaq və ehtiyat tədbirləri görmək xahiş edilib.

Milli.Az


Etiketlər:  Türkiyədə ekstremal hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edildi


RƏYLƏR